Menu

Donald Tramp Çinə xəbərdarlıq edib

10.06.2019, 17:56
Donald Tramp Çinə xəbərdarlıq edib

“Çin Xalq Respublikasının sədri Si Szinpin “Böyük-20”lik (“G-20”) liderlərinin sammitinə gəlməzsə, onlara təcili olaraq yeni rüsumlar tətbiq edəcəyik”.

“Report” CNBCyə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Çin sammitə qatılmazsa, rəsmi Pekinə yeni rüsum tətbiq etməkdən çox məmnun olacaqlar.

Qeyd edək ki, iyunun 29-da Yaponiyanın Osaka şəhərində “G-20”liyin sammiti keçiriləcək. Bir müddət əvvəl Çin rəhbərliyinin bu tədbirdə iştirak etməyəcəyi barədə xəbər yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol