Menu

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

10.06.2019, 19:31
Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə türkiyəli nazir Naxçıvan şəhərinin mərkəzində ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Sonra H.Akar Mustafa Kamal Atatürkün büstünü də ziyarət edib və önünə əklil qoyub.

Türkiyənin nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyub.

Türkiyə Respublikasının Milli Müdafiə nazirinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Milli Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyənin Milli müdafiə naziri “Xatirə kitabı”nı da imzalayıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Türkiyəli nazir də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.

Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar.

Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Şərhlər

Cəmşid Dərələyəzli 2019-06-10 19:31:37

Başda Ali Baş Komandan olmaqla, ölkəmizin müdafiə qüdrətinin günü-gündən artması və bu sahədə böyük çaba sərf edən ordu komandanlarının əzmikarlıqları təqdir olunmalıdır. Biz əminik ki, Azərbaycanın itirilmiş torpaqlarında zəfər səlnaməsini məhz onlar yazacaqlar. İnanmıram ki, bu boyda əzab-əziyyətin qabağında bu zəfər salnaməsinin başqa birilərinin ayağına yazılmasına onların könülü razı olsun. Qaldı, Türküyənin BEKASI üçün,böyük bir imtahandan keçən Cümhur İttifaqının bu məsuliyyətli dönəmində, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Naxçıvanda olması, birgə i təlimlərə qatılması qürurvericidir, şərəflidir. Məhz bu nədən də Azəri Türkləri olaraq bizlər də , Türküyenin içinde ve dışında baş verən olaylardan dolayl çox əndişəliyik. Çünki, Türküyə bütün Türk dünyasının, xüsusən də Azərbaycanın tək dayanağı, tək güvəndiyi kardeş bir ölkə. Bu nədən də Türküyə bizim canımız, Azərbaycanla bir sevdamızdır. Biz bir ananın iki övladı, bir ürək bir yumuruquq. Tanrı bu kardeşliyi, bu birliyi korusun. İnanın bizim-bizdən başka kimsəmiz yoxdur. Əli arxasında xəncərdə olan, çoxları üzdə bizə dost deyər. İnanın hər an o xəncərdən istifadə etməyə hazırdır onlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol