PKK terrorçuları Türkiyədə yol işçilərinə hücum edib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Hakkari vilayətində, Yüksəkova ərazisində baş verib. Belə ki, terrorçular yol inşaat işlərində çalışan işçilərə silahlı hücum ediblər. Hücum zamanı 2 işçi öldürülüb.
Qeyd edək ki, PKK terroçuları 1984-cü ildən Türkiyədə mülki vətəndaşlara silahlı hücumlar təşkil edərək minlərlə insanı öldürüblər. Terrorçular həmçinin bu ölkənin təsərrüfatına da maddi zərər vurublar.
Qruplaşma bir sıra ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınıb.


Şərhlər