Menu

Suriya və Yunanıstan təyyarələri Türkiyə F-16-larına hücum etdi

04.09.2014, 18:39
Suriya və Yunanıstan təyyarələri Türkiyə F-16-larına hücum etdi

Türkiyəyə məxsus F-16 qırıcı təyyarələrinə Suriyada yerləşən SA tipli raket sistemləri və Yunanıstana məxsus F-16 qırıcıları tərəfindən hücum olub.

Axar.az xəbər verir ki, Türkiyə Müdafi Nazirliyinin rəsmi saytından verilən məlumata görə, dünən Türkiyə-Suriya sərhədində hava-patrul xidməti aparan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısına Suriyada yerləşən SA tipli raket əleyhinə müdafiə sistemindən saat 15:32-də radar tərəfindən təhdid olub.

Yunanıstana aid 2 F-16 təyyarəsi isə Egey dənizində təlim uçuşu aparan 4 ədəd F-16 təyyarəsini saat 10:35-də 35 saniyə müşaiyət edib.

Bundan başqa saat 10:50-də İzmir yaxınlığında türk hava məkanı Yunanıstana məxsus iki F-16 qırıcısı tərəfindən 18 saniyəlik pozulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol