Menu

Azərbaycanda siqaret istehsalı iki dəfə artıb

04.09.2014, 19:36
Azərbaycanda siqaret istehsalı iki dəfə artıb

Bu ilin 7 ayında Azərbaycanda 1 mlrd 153,5 mln ədəd siqaret istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 94,1% çoxdur.

Artım yanvar-iyunda istehsal qiymətlərinin 14,2% yüksəlməsi fonunda baş verib.

Azərbaycanda siqaret istehsalı ilə iki şirkət məşğul olur: “European Tobacco-Baku” və “Cahan Tobacco” (Naxçıvan MR). ETB Bakı Tütün Fabrikinin bazasında fəaliyyət göstərir.

Yenidən qurulandan sonra - 2001-ci ildə fabrik 6,8 mlrd ədəd siqaret buraxıb. Sonrakı illər ritmik işləməyib, 2012-ci ildə istehsal həcmi 1 mlrd 762 mln ədədə düşüb. Naxçıvan müəssisəsi muxtariyyatı təmin edir. 2013-cü ildə “Cahan Tobacco” 27 mln ədəd siqaret istehsal edib.

Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında Azərbaycanа 300 mln 225 min qutu siqaret idxal edilib. Onların qutusu gömrükdə $0,56-a bəyan edilir.

2013-cü ildə siqar və siqaret idxalı 653 mln 270 min qutu olub və rəsmən $333 mln-a başa gəlib. Bir qutu $0,51-a bəyan edilib. Pərakəndə satışda idxal markalarının qutusu 1,30 manata ($1,6) satılır.  /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol