Menu

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb 

13.06.2019, 22:11
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb 

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında baş vermiş yanğın FHN-in Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:00-da söndürülüb.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində boş dağlıq ərazidə 25 ha sahədə quru ot və kol-kos yanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol