Menu

Bakı Metropoliteninin planları dəyişib

05.09.2014, 10:30
Bakı Metropoliteninin planları dəyişib

Bakı Metropoliteni iki stansiyanın istismara verilməsini gələn ilə keçirib. «Avtovağzal» və «Əcəmi -2” 2015-ci ildə işə düşəcək.

Plana əsasən, 2011-2016-cı illərdə “bənövşəyi xətt”də 5 stansiyanın tikintisi başa çatacaq. Bu, sərnişinlərin H.Əliyev sarayına çatdırılmasını təmin etməlidir. Amma mümkündür, plan təxirə düşsün.

Metropoliten rəhbərliyi 2014-2016-cı illərdə 8 stansiyanı təhvil verməli idi. 5 ildə 11 stansiya nın tikintisi planlaşdırılıb.

Hazırda Metropolitenin 23 stansiyası var. Sonuncu dəfə 2011-ci ildə «Dərnəgül» stansiyası istifadəyə verilib.

Metropolitenin aktiv investisiya siyasətinə 2008-ci ildə başlanılıb. 2010-2013-cü illərdə hökumət metro stansiyalarının tikintisi və yenidən qurulmasına 975 mln manat ayrılıb. Bunun 413 mln manatı “bənövşəyi xətt”in payına düşür. 2014-cü ildə metro stansiyalarının tikintisinə 224 mln ayrılıb.  /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol