Menu

ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır

17.06.2019, 12:15
ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır

"Konqo Demokratik Respublikasında Ebola qızdırmasına qarşı tədbirlər üçün 50 milyon dollar vəsait lazımdır. Bu vəsait iyul ayının sonunadək tapılmalıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.

O, dünya ictimaiyyətini müvafiq ehtiyatları vaxtında ayırmağa çağırıb: “Dünya ictimaiyyətinin bu epidemiyaya son qoymaq üçün maliyyə töhfəsinə ehtiyacımız var. ÜST-nin fevral-iyul ayları üçün cari ehtiyacları 98 milyon dollardan 43,6 milyonu bizə çatıb. Kəsirimiz 54 milyondur. Bütün tərəfdaşlarımızı bu kəsiri ən tez bir zamanda doldurmağa çağırırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol