"Qanuni oğru"nun qardaşı barədə hökmdən şikayət verilib

Kriminal avtoritetin qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun barəsindəki hökmdən apelyasiya şikayəti və protest verilib.

"Report"un xəbərinə görə, şikayət və protestə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiya baxacaq.

Baxış iclası iyunun 19-da keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (qanunsuz narkotik saxlama), 228-ci (qanunsuz silah gəzdirmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.

Xatırladaq ki, Rüfət Əmirov kriminal aləmdə “Rafət Əlibayramlinski” kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşıdır. “Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.

635x100

Şərhlər

dadaşyev 2019-06-17 16:47:28

Bu söz dilimizə tamamilə səhv tərcümə olunub.Necə yəni qanuni oğru?"Vor" çar Rusiyasında dövlətə qarşı gələnlərə deyilirdi,ataman Razinin edam fərmanında çar onu "vor" adlandırıb,imperiyaya qarşı gəldiyi üçün.Puqaçov da "vor" elan edilib.Yəni dövlət düşməni.Ona görə də "vorzakon" sözünün doğru tərcüməsi "qanun düşməni"dir.Yeri gəlmişkən,"Kresnıy oteç" ifadəsi də səhvən "Xaç atası" kimi tərcümə olunur.Amma "Qəyyum ata" olmalıdır.Çünki "krestnıy" deyil,"kresnıy"dır.

Son yazılar