Menu

İşi müzakirəyə çıxarılan 13 məmura töhmət verildi

05.09.2014, 15:37
İşi müzakirəyə çıxarılan 13 məmura töhmət verildi

Dövlət Əmək Müfəttişliyi bu gün kollegiya iclası keçirib. İclasda ciddi nöqsanlara yol verən 2, 4, 23 və 3 saylı regionlar üzrə dövlət əmək müfəttişliklərinin rəislərinə töhmət verilib.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, 3 və 6 saylı Dövlət Əmək müfəttişliklərinin rəis müavinlərinə də iclasda töhmət oxunub. Həmçinin fəaliyyəti araşdırılmış ayrı-ayrı regionlar üzrə 7 əmək müfəttişinə cəza verilib.

Tədbirdə əmək qanunvericiliyinə nəzarətlə bağlı hesabat müzakirə edilib. Bildirilib ki, təkcə bu il 13 mindən çox əmək qanunvericiliyinin pozulması faktının aşkar olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol