Menu

NAZİR EVƏ DÜŞƏN MƏRMİDƏN DANIŞDI - "Xoşbəxtlikdən döyüş mərmisi olmayıb"

18.06.2019, 11:32
NAZİR EVƏ DÜŞƏN MƏRMİDƏN DANIŞDI - "Xoşbəxtlikdən döyüş mərmisi olmayıb"

Azərbaycan müdafiə naziri Zakir Həsənov “Seyfəli” poliqonundan atılmış tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.

Modern.az-ın məlumatına görə, nazir bildirib: "Seyfəli" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib.

Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi".

Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.

Şərhlər

Kərəm 2019-06-18 11:32:21

...AXı sadə insan haradan bilsin ki,mərmi niyə partlamır?Partlamayan mərmi orduda nə gəzir və haradandır???...

EJDER 2019-06-18 11:32:21

MALADES,MERMI QAYAYA DEYIB, 18 KM UCUB...TANK MERMISI...BRAVO O,MERMI ATANA WOHRET ORDENI DUWUR...ANALOQU OLMAYAN MERMIDI,HELE TANKI DEMIREM

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol