Menu

İsrailin yeni səfiri Azərbaycana ilin sonunadək gələcək

18.06.2019, 12:29
İsrailin yeni səfiri Azərbaycana ilin sonunadək gələcək

İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik ilin sonuncu rübündə Bakıya gələcək.

“Report” bu barədə mötəbər mənbəyə istinadən xəbər verir.

2015-ci ildən etibarən vəzifə başında olan hazırkı səfir Dan Stav ehtimala görə, bu ilin payızınadək vətənə dönəcək.

Xatırladaq ki, C.Dik ötən ilin noyabr ayında Azərbaycana səfir təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol