ABŞ İRANIN BİR NÜVƏ OBYEKTİNİ VURACAQ! – "Bu hərbi plan müzakirə olunur"

Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti İranın nüvə proqramı obyektinə aviazərbə endirmək imkanlarına baxır. Bu barədə Birləşmiş Millətlər Təşkilatındakı (BMT) diplomatik mənbələrə istinadla «The Jerusalem Post» nəşri yazıb.

Mənbənin sözlərinə görə, bir konkret hədəf üzrə çoxsaylı aviazərbələrin endirilməsi variantı (massiv zərbə) müzakirə olunur.

Nəşrin məlumatına görə, bu məsələyə baxılması ilə ABŞ hərbi komandanlığı, Pentaqonun nümayəndələri və ABŞ prezidenti Donald Trampın müşavirləri məşğuldur.

Qeyd edildiyi kimi, bu məsələ İranın bu yaxınlarda uran istehsalını artırmaq barədəki bəyanatından sonra müzakirəyə çıxarılıb.

Bununla bərabər, nəşr yazır ki, prezident Tramp İranla bağlı situasiyanın hərbi yolla həllində maraqlı deyil, ancaq dövlət katibi Mayk Pompeonun məsləhətini qəbul edə bilər.

İranın konkeret olaraq, hansı nüvə obyektinin bombardman hədəfi olacağı barədə məlumat dəqiqləşdirilmir.

Xatırladaq ki, iyunun 17-də İran bəyan edib ki, iyunun 27-dən etibarən, az zənginləşdirilmiş uran istehsalını artırmaq niyyətindədir. Beləliklə də İranda az zənginləşdirilmiş uran ehtiyatı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə nəzərdə tutulmuş limiti adlayacaq.

AzPolitika.info

635x100

Şərhlər

dadaşyev 2019-06-18 17:30:45

ABŞ İranda heç nəyi vurmayacaq.Artıq Rusiyanın böyründə olan və Rusiyanın himayə etdiyi heç bir ölkəni vurmağa cürət etməz.Hazırda Rusiya kifayət qədər güclüdür və İran da nə Venesueladı,nə İraq.İrana bir-iki raket atarsa İran əlində nə raket varsa İsrailə fırladacaq ki,ölmək ölməkdi,xırıldamaq nə deməkdi.Həm də ABŞ şübhəlidi;görəsən İrana Rusiya nüvə silahı veribmi əlaltdan,ya yox.Ona görə də ABŞ ilan görən toyuq kimi İranı hər dəfə ehmalca dimdikləyib geri durur.Nefti bahalaşdırmaq oyunudu bu səs-küy.

Son yazılar