Menu

ABŞ və İran İŞİD-ə qarşı birgə mübarizəni gücləndirəcək

05.09.2014, 17:15
ABŞ və İran İŞİD-ə qarşı birgə mübarizəni gücləndirəcək

İranın ali dini lideri Ayətullah Əli Xomeneyi İran rəsmi şəxslərinin ABŞ Müdafiə Nazirliyi təmsilçiləri ilə təmasa girməsinə icazə verib. Musavat.com-un verdiyi məlumata görə, xəbəri Tehrandakı yüksək çinli məmur BBC əməkdaşına təsdiqləyib.

İraqın şimalından daxil olan məlumatlarda bildirilir ki, kürdlərin nəzarət elədiyi ərazidə İŞİD terrorçu təşkilatın ekspansiyası ilə bağlı yaranan situasiya ilə əlaqədar Amerika və İran rəsmi şəxsləri arasında artıq görüşlər keçirilir. Qeyd edilir ki, 1980-ci ildən diplomatik əlaqələri qırılan iki dövlət İŞİD-in bütün Yaxın Şərq regionunun təhlükəsizliyi üçün əsas təhlükə olması fikrində yekdildirlər.

Az öncə Tehran terrorçulara qarşı döyüşən kürd özünümüdafiə dəstələrinə silah-sursat vermişdi. Eyni qaydada Pentaqon Kürd Muxtariyyətinə hərbi yardım edir, həmçinin ekstremistlərin mövqelərinə havadan zərbələr endirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol