Menu

Azərbaycan Rusiya ilə birgə beynəlxalq laboratoriya yaradır

19.06.2019, 13:30
Azərbaycan Rusiya ilə birgə beynəlxalq laboratoriya yaradır

Azərbaycan və Rusiya birgə beynəlxalq laboratoriya yaradır.

"Report"un məlumatına görə, bununla bağlı AMEA-nın Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında müqavilə imzalanıb.

Yeni yaradılacaq laboratoriyada Ural və Azərbaycanın bioloji müxtəlifliyinin birgə müqayisəli analizi, suda-quruda yaşayanların genetik dəyişikliyinin öyrənilməsi, onların statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, paleoentomoloji məlumatların cəlb edilməsi əsasında regionun quru biogeosenozlarının tarixinin əsas tərkib hissəsi kimi Azərbaycanda pleystosen və holosendə entomokomplekslərin formalaşması proseslərinin rekonstruksiyası, köçən quşların miqrasiya yolları, eyni zamanda heyvanların ekologiyasının tarixi və populyasiyalarının analizinə dair tədqiqatlar aparılacaq.

Şərhlər

t.ədalət 2019-06-19 13:30:56

Rusiya ilə qurulan hər bir əməkdaşlığın sonu işğal altına düşməkdir.Rusiyanın əsrlər boyu xalqımızın başına gətirdiyi müsibətlər bəs deyilmi?İqtisadiyyatı və elmi potensialı geridə qalmış bir ölkə ilə iş qurmaq elə məhvə məruz qalmaq kimi bir şeydir.ermənilərlə genetik yaxınlığı olan Rusiyanı,yalnız damarlarında düşmən erməninin qanı axan xəyanətkarlar qəbul edə bilər.Yeni təyin olunan ermənilərlə qan bağı olan nazirləri,bəlkə buna görə irəli çəkirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol