"Allah insanın yaratdığı ən dəyərli varlıqdır"
Bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) 18-ci qurultayında çıxışında CHP lideri Kamal Kılıçdaroğlu deyib.
O, bu sözü ilə hər kəsi heyrətləndirib. Fikirlərini yanlış ifadə edən Kılıçdaroğlu daha sonra sözlərinə düzəliş edib.
"CHP-ni rakı süfrələrində Türkiyəyi qurtaranlardan təmizləyəcəyəm. Siyasətimizin əsası insandır. İnsanlar çörək alırsa xoşbəxtəm. Süfrəyə oturursa xoşbəxtəm. İnsanlar arasında ayrı-seçkilik etmədim. Açıqca deyirəm bütün dünya dinləsin. Sağçı, solçu ayrı-seçkiliyi etmədən bütün insanlarımızı sevirəm. İqtidar olduqdan sonra yalnız solçulara deyil, bu ölkənin bütün insanlarına xidmət edəcəyik",-deyə CHP lideri söyləyib. /anspress


Şərhlər