Menu

İlham Əliyev Əfqanıstana yardım təklif edib

05.09.2014, 17:47
İlham Əliyev Əfqanıstana yardım təklif edib

Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Əfqanıstana sərmayyə qoyulması və bu ölkənin bərpasında iştiraka hazır olduğunu bəyan edib.

O bunu sentyabrın 5-də NATO-nun Uelsdə keçirilən sammitində bildirib.

İlham Əliyev deyib ki, Qars-Tbilisi-Bakı dəmiryol xətti Əfqanıstan və bütün region üçün böyük iqtisadi imkanlar açacaq.

Bu layihənin 2015-ci ilin ikinci yarısından sonra başa çatdırılacağı gözlənilir.

İlham Əliyev qeyd edib ki, hazırda Əfqanıstana gedən qeyri-hərbi yüklərin 40 faizi Azərbaycan ərazisindən daşınır.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol