Menu

Estoniyalı polis Rusiya sərhədində oğurlandı

05.09.2014, 20:27
Estoniyalı polis Rusiya sərhədində oğurlandı

Estoniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Estoniyadakı səfiri Yuri Merzlyakovu söhbətə çağırıb

Estoniyanın Xarici İşlər Nazirliyi Pskov ərazisində sərhəddə Estoniyanın təhlükəsizlik polisi əməkdaşının oğurluğu ilə əlaqədar Rusiyanın Estoniyadakı səfiri Yuri Merzlyakovu söhbətə çağırıb.

ANS-in məlumatına görə, Estoniya xarici siyasət idarəsi bildirib ki, hadisə ölkənin cənub-şərqində Luxamaa sərhəd məntəqəsinin yaxınlığında olub.

Rusiya ərazisindən gələn naməlumlar xidməti vəzifəsini yerinə yetirən təhlükəsizlik polisinin əməkdaşını oğurlayıblar.

"Rusiyadan Estoniya vətəndaşının azad edilməsi üçün hərtərəfli kömək və əməkdaşlıq gözləyirik", - deyə xarici işlər naziri Urmas Paet deyib.

Rusiya tərəfi hələ bu hadisə haqqında fikir bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol