Menu

Qusarda 5 il əvvəl itkin düşən kişi axtarılır - FOTO

21.06.2019, 12:19
Qusarda 5 il əvvəl itkin düşən kişi axtarılır - FOTO

Qusarda 30 yaşlı kişi 5 il əvvəl itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Haçatala kənd sakini Sərxan Heydər oğlu Novruzov 2014-cü ilin avqust ayında evdən çıxdıqdan sonra bir daha qayıtmayıb. Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq S. Novruzovu yerini müəyyənləşdirmək mümkün olmayıb.

Orta bədən quruluşuna malik S. Novruzovun boyu 1 metr 77 santimetrdir.

İtkin düşən şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (023)385-28-03; (023) 385-28-35 şəhər nömrələrinə zəng vuraraq Qusar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol