Koalisiya təyyarəsi İranın cənubunda qəza enişi edib
İranin cənubunda koalisiya qüvvələrinə aid təyyarə təcili eniş etməli olub.
ANS PRESS-in məlumatına görə, idarə heyəti Əfqanıstandakı “Baqram” hərbi hava bazasından Dubaya doğru uçuş edib. Lakin iranlı dispetçerlər təyyarəni geri döndərməyi tələb ediblər.
Geri qayıtmaq üçün yanacaq çatışmazlığından pilotlar İrana aid hava limanında təyyarəni endirməli olublar.
Qeyd edək ki, təyyarənin göyərtəsində 100 amerikalı və bir kanadalı var. Onların uçuşu yenidən təşkil olunacaq.


Şərhlər