Menu

Qurban Bayramı nə vaxtdır? - Tarix açıqlandı

21.06.2019, 17:21
Qurban Bayramı nə vaxtdır? - Tarix açıqlandı

"Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:

"Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar”.

Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.(apa)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol