Menu

“Naxtel”ə nə ehtiyac vardı?

06.09.2014, 09:12
“Naxtel”ə nə ehtiyac vardı?

“5 ildir Naxçıvanda CDMA texnologiyası ilə fəaliyyət göstərən “Naxtel” operatorunun da texnoloji inkişafa hüququ var”.

“Marja”nın məlumatına görə, bunu jurnalistlərə müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan vahid dövlət olduğu və tezlik vahid tənzimlədiyi üçün “Naxtel”in bütün Azərbaycan üzrə lisenziya almasına ehtiyac yaranıb.

“Biz “Naxtel”in əsas fəaliyyətini Naxçıvanda görürük. Onların bütün Azərbaycan üzrə şəbəkə qurmağa elə də böyük imkanları yoxdur. Eyni zamanda, “Azercell”, “Bakcell” və “Nar Mobile” birbaşa əlaqə olmadığından Naxçıvanda fəaliyyət göstərmək üçün 3-cü ölkənin ərazisindən keçirlər.Bu da, orada qiymətlərə müəyyən qədər təsir edir. Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alsaq, yeni operatora lisenziyanın verilməsi orada qiymətlərin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə öz təsirini göstərəcəkdir”.

Əli Abbasov bildirib ki, bir neçə gün əvvəl Naxçıvan MR-in Nazirlər Kabinetinin qərarı ilə “Naxtel” operatoru muxtar respublika ərazisində 4G xidmətinin (LTE) verilməsi üçün lisenziya alıb:

“Artıq 5 ilə yaxındır ki, “Naxtel” Naxçıvan MR-də qanuni yolla mobil xidmətlər göstərir. İndi isə yeni texnologiyaya keçmək istəyirlər”.

Əli Abbasov qeyd edib ki, bütün ölkə üzrə lisenziyası olan 3 operatorun Naxçıvanda fəaliyyəti mövcud qaydalar çərçivəsində tənzimlənəcək və operatorlar arasında problem olmayacaqdır.

4 OPERATOR ÇOXDUR?

Nazir kiçik Azərbaycan 4 operatorun çox olması və onun fəaliyyətə başlamasının digər operatorların gəlirlərinə təsiri barədə suala da cavab verib:

“Bazar iqtisadiyyatının qanunlarına görə, yeni mobil operatorun fəaliyyətə başlaması digər operatorların gəlirlərinə təsir edə bilər. Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə getməsi, bizə kiməsə sərt qadağa qoymağa imkan vermir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol