Menu

Tramp KXDR-ə qarşı sanksiyaların müddətini artırıb

21.06.2019, 21:43
Tramp KXDR-ə qarşı sanksiyaların müddətini artırıb

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların müddətini daha 1 il artırıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadla xəbər verir.

Qeyd edilir ki, Ağ Ev Donald Trampın bununla bağlı xəbərdarlığını Konqresə göndərib. Xəbərdarlıqda qeyd edilir ki, dövlət başçısı 2008, 2010, 2011, 2015 və 2016-cı illərdə qəbul edilmiş sanksiyaları uzatmağı lazımlı hesab edir.

Sanksiyalar xüsusi halda nüvə materiallarının yayılmasına və Koreya Xalq Demokratik Respublikasının başqa hərəkətlərinə aiddir. ABŞ hesab edir ki, bunlar regionda sabitliyi pozur.

Daha əvvəl bildirilib ki, rəsmi Pxenyan ABŞ-ın KXDR-lə əlaqələrə olan yanaşması dəyişməyincə nüvəsizləşdirmə üzrə Vaşinqtonla danışıqları bərpa etməyin mümkün olmadığını düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol