Menu

Şimali Koreya yaxın mənzilli daha üç raketini sınaqdan keçirdi

06.09.2014, 09:38
Şimali Koreya yaxın mənzilli daha üç raketini sınaqdan keçirdi

Şimali Koreya Yapon dənizi istiqamətinə yaxın mənzilli 3 ballistik raket buraxıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb.

Bildirilir ki, 220 kilometr məsafə qət edən raketlər dənizə düşüb.

Xatırladaq ki, bundan əvvəl, sentyabrın 1-də də Şimali Koreya Yapon dənizinə yaxın mənzilli raket buraxmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol