Menu

Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var

22.06.2019, 14:17
Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu "Mercedes" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.

Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol