Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində yaranmış ciddi problemlər hələ də qalmaqdadır.Bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat verib. İnsult keçirən eks-nazirin vəziyyəti tam yaxşılaşmayıb.
Qeyd edək ki, sayt Namiq Abbasovdan vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş və nazir müavini vəzifəsinədək yüksəlmiş Əli Nağıyev kimi peşəkar zabitin yenidən xüsusi xidmət orqanın rəhbərliyinə qaytarılmasına münasibət öyrənmək istəyib.
Lakin yaxınları bildiriblər, son vaxtlar səhhətində ciddi problem yaranmış və insult keçirmiş sabiq nazir hazırda özünü piss hiss etdiyindən danışa bilmir. Hətta onun hazırda mobil telefon belə, işlətmədiyi qeyd edilib.
Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.


Şərhlər
Allah şəfa versin !
Namiq Əliyev məxfi orqanlara ikinci nəfəs qurğusu verəcək bir imkanin 2003-ci ildə demək olar ki , uğurun bir addimliğindan yan keçdi .
Unikal bir imkan var idi , bəlkə də hər şey tam bam başqa cür ola bilərdi . Lakin əfsus ki bizlər tanimadiğimiz bilmədiyimiz fenomenlərlə maraqlansaqda tanimadiğimiz xörək tisbağa ətinin iyindən qaçan kimi Namik kimi professionala təklif olunan MTN üçün yazila bilən kadrlarin hazirlanmasi haqda unikal bir metodikanin qiyməti bahadir dedi .
Allah Namiq müəllimə şəfa versin. Ən layiqli nazirlərdən biri olub.