Menu

Bakıda keçmiş əri tərəfindən bıçaqlanan qadın ölüb

23.06.2019, 11:40
Bakıda keçmiş əri tərəfindən bıçaqlanan qadın ölüb

İki gün əvvəl Bakının Xəzər rayonunda keçmiş əri tərəfindən bıçaqlanan qadın ölüb.

APA xəbər verir ki, iyunun 20-də Xəzər rayonu, Buzovna qəsəbəsi sakini, 1971-ci il təvəllüdlü Emin Hüseynov qısqanclıq zəminində həyat yoldaşı Nürəngiz Hüseynovaya çoxsaylı bıçaq zərbələri vurub.

Nürəngiz Hüseynova təcili yardım vasitəsi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, bu gün həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol