Menu

“Səbail” Bolqarıstanda ikinci məğlubiyyətini alıb

25.06.2019, 23:45
“Səbail” Bolqarıstanda ikinci məğlubiyyətini alıb

Bakının “Səbail” futbol klubu yoxlama oyunu keçirib.APA-nın məlumatına görə, yeni mövsümün hazırlıqları Bolqarıstanda davam etdirən paytaxt təmsilçisi toplanış çərçivəsində ikinci matçına çıxıb.

Aftandil Hacıyevin yetirmələri Bolqarıstanın “Beroe” klubu ilə üz-üzə gəlib. Görüş balkanlıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “Səbail”in Bolqarıstanda ikinci məğlubiyyəti olub. Bakılılar bunadək Plovdiv “Lokomotiv”inə 0:1 hesabı ilə uduzub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol