Menu

Baş nazir qonaqlıq verdi

06.09.2014, 17:26
Baş nazir qonaqlıq verdi

"AKP olaraq aramızda heç bir qüvvə fitnə sala bilmədi və bilməyəcək"

Türkiyə Böyük Millət Məclisində hökumətə etimad səsverməsindən sonra baş nazir Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf partiyasının qərargahında qonaqlıq verib.

ANS PRESS-in məlumatına görə, Davudoğlu təşəkkür qonaqlığında çıxış edərək bildirib ki, hakim partiya üzvləri arasında heç bir qüvvə fitnə sala bilməyib:

"Çoxları aramızda ixtilaf yaşanacağını düşünürdü. AKP olaraq fövqəladə qurultaydan əvvəl və sonra ən gözəl cavabı onları verdik. Siyasi davranışlarımızla göstərdik ki, çiyin-çiyinə mübarizə aparan insanlar arasında fintə ola bilməz".

Qeyd edək ki, Əhməd Davudoğlunun qurduğu höküməti parlament böyük səs çoxluğu ilə dəstəkləyib. Böyük Millət Məclisinin iclasında iştirak edən 439 deputatın 306 nəfəri yeni hökumətə etimad göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol