Menu

"Ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar" - Deputat

27.06.2019, 12:48
"Ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar" - Deputat

“Biz maliyyə amnistiyası elan etməliyik”.

APA-nın məlumatına görə, bunu bu gün millət vəkili Tahir Kərimli Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.

"Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar”, - deyə o qeyd edib.

T. Kərimli bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir: “Xahiş edirəm ki, büdcədəki artımın yarımca faizi partiyalara ayrılsın. Bu, tək mənim deyil, bir neçə partiyanın təklifidir”.

Şərhlər

YENGİBAR 2019-06-27 12:48:20

Deməli, indiki məmurlar Dövləti talayıb ora-bura daşıyıb, indi də gətirsinlər amnistiya verək, rahat yesinlər.Və yenə oğurlasınlar, yenə yesinlər...Başqa kimin əli nəyə çatıb ki, oğurlasın da? Nə gözəl! Bu kişi bir vaxtlar İsmayıllının hakimi olub, hətta Qorbaçovu tutmaq istəyirdi, deyəsən o vaxt Qorbaçov İsmayıllıda qeydiyyatda idi...İndi bu adamın oturduğu yerə və ağlına bax. Gorun çatlasın, Qorbaçov....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol