Qırğızıstanın keçmiş prezidenti Almazbəy Atambayevin toxunulmazlıqdan məhrum edilməsinə 110 deputatdan 103-ü səs verib, RİA Novosti məlumat yayıb. Bundan öncə ölkənin Baş Prokurorluğu A.Atambayevin toxunulmazlığını təqdir etmişdi.
A.Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstanın prezidenti olub. Dövlət başçısı postundan getdikdən sonra hakim Sosial Demokrat Partiyasına liderlik edib.
Parlament tərəfindən yaradılan xüsusi komissiya A.Atambayevi gəlirlərin gizlədilməsində və korrupsiyada ittiham edib. İyunun 17-də onun barəsində doqquz maddə ilə ittiham irəli sürülüb.


Şərhlər