Menu

Tbilisidə etirazçılar İvanişvilinin biznes mərkəzinə doğru irəliləyirlər

28.06.2019, 00:12
Tbilisidə etirazçılar İvanişvilinin biznes mərkəzinə doğru irəliləyirlər

Gürcüstanın paytaxı Tbilisidə ölkə parlamentinin binası önündə keçirilən aksiya yürüşlə davam edir. “Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzinə doğru dinc yürüş keçirirlər.

Yürüşçülər əllərində “Qaxaria get!” şüarının olduğu baner tutublar. Bəzi iştirakçılar yürüşə skuterlərlə qatılıblar. Onlar əllərində “Qaxaria evə get!” sözlərinin olduğu şarlar tutublar.

Qeyd edək ki, bugünkü etiraz aksiyasının tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol