Menu

"Ölkəyə soyuq hava cərəyanlarının daxil olması nəticəsində temperatur aşağı enib"

30.06.2019, 10:52
"Ölkəyə soyuq hava cərəyanlarının daxil olması nəticəsində temperatur aşağı enib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində havanın şəraitinin dəyişməsinin səbəbini açıqlayıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva APA-ya deyib ki, gözlənildiyi kimi, çox isti hava şəraitindən sonra 29 iyun axşam saatlarından başlayaraq ölkəyə Qara dənizdən hərəkət edən soyuq hava cərəyanlarının daxil olması nəticəsində respublika ərazisində temperatur aşağı enib.

O qeyd edib ki, əksər rayonlarda yağış qeydə alınır, bəzi rayonlarda leysan xarakterlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol