Menu

Azərbaycan nefti bahalaşıb

01.07.2019, 10:12
Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,37 ABŞ dolları artaraq 67,67 dollara bərabər olub.

Ötən həftə ərzində (24-28 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin əvvəlindən 2,02 ABŞ dolları və ya 3,12% artaraq orta hesabla 66,7 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 67,67 dollar – iyunun 28-də qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol