Xəbər verdiyimiz kimi, son günlərdə Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir. Bəzi iqtisadçı ekspertlər Azərbaycanda xarici valyutanın (dollar, avro) bahalaşacağını istisna etmirlər.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur: “Gürcüstanda hansısa prosses gedirsə, bunun heç birinin ölkəmizə iqtisadi təsiri yoxdur. Bu olmadığı halda da dollar niyə bahalaşmalıdır ki? Hesab edirəm ki, ölkəmizdə dolların bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur”.
E.Rüstəmov ölkədə əmək haqları və pensiyaların artımından sonra inflyasiyanın olmayacağını da dilə gətirib: “Bu məsələnin də nə inflyasiyaya, nədəki xarici valyutaya heç bir təsirini görmürəm və bu olmayacaqda”.


Şərhlər
Gürcüstanda nə baş verməyin bizim iqtisadiyyata dəxli yoxdur. Gürcüstana yüz milyardlarla neft qaz gəliri gəlməyib.Hələ bizdə 1-ci, 2-ci devalvasiya da olmamalı idi. Bu qədər gəli gələn ölkədə milli valyuta birdən birə 100 faiz keyfiyyətini itirməli deyildir. Yeni devalvasiya millətimiz üçün böyük fəlakət olar. Ona görə,israfçılığa talana son qoymalı və talançılar millətə atdıqları milyardları da alıb ehtiyat fonduna yığıb, devalvasiyanın qarşısını almaq lazımdır.
EWWI BU ANALOQU OLMAYAN HOKUMETDE NEYESE YAXWI DEYIRLERSE ,DEMELI ONUN TERSIDIR,YENI YOXDUR...MAAW ARTIMI KIMI,UWAQ PULUNU VERE BILMIRLER...ELE NAQIL DANIWMAQI BILIRLER