Menu

Məşhur məktəbin bağlanması ilə bağlı rəsmi açıqlama

07.09.2014, 14:15
Məşhur məktəbin bağlanması ilə bağlı rəsmi açıqlama

Bakıdakı 20 nömrəli məktəbin bağlanacağı haqda yayılan xəbərlər orada təhsil alan şagirdlərin və onların valideynlərinin narahatlığına səbəb olub.

“Bakıdakı 20 nömrəli məktəbin bağlanması haqda yayılan xəbər doğru deyil”.

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətindən 20 nömrəli məktəbin dərs ilinə hazır olmamasına münasibət bildirərkən deyiblər.

Nazirlikdən həmin məktəbdə təhsil alan şagirdlərin hansı məktəbə köçürüləcəyinə də aydınlıq gətiriblər:

“Şagirdlər 173 və 325 saylı məktəblərə köçürüləcəklər. Məktəb təmir olunduqdan sonra 20 nömrəli məktəb-lisey adı ilə açılacaq. Məktəbin nə vaxt istifadəyə veriləcəyi bəlli deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol