Menu

Zelenski baş nazirdən XİN rəhbərini cəzalandırmağı tələb etdi

02.07.2019, 00:23
Zelenski baş nazirdən XİN rəhbərini cəzalandırmağı tələb etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş Naziri Vladimir Qroysmandan Xarici İşlər naziri Pavel Klimkini intizam məsuliyyətinə cəlb etməyi tələb edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət başçısının bu tələbinə səbəb kimi Klimkinin Rusiyada saxlanılan ukraynalı dənizçilərin azadlığa buraxılması ilə bağlı iyunun 25-də rəsmi Moskvaya nota göndərməsi ilə bağlı onu məlumatlandırmamağı olub.

Zelenski Klimkinin xarici siyasətdəki gərginliyə görə şəxsən məsuliyyət daşıdığını bəyan edib.

“Xarici İşlər Nazirliyinə qarşı intizam icraatının aparılması məsələsinin qaldırılmasını zəruri sayıram və nəticə barədə mənə məlumat verilməlidir", - deyə Ukrayna Prezidenti bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol