Menu

Türkiyənin "Petkim" limanında partlayış baş verib - Ölən və yaralananlar var

02.07.2019, 10:23
Türkiyənin "Petkim" limanında partlayış baş verib - Ölən və yaralananlar var

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.

Məlumata əsasən, hadisənin səbəbi hələ məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol