Menu

“Moskva Donetskdə rus pasportları paylayır”-Ukraynalı general

07.09.2014, 16:19
“Moskva Donetskdə rus pasportları paylayır”-Ukraynalı general

“Rusiya genişmiqyaslı hücuma hazırlaşır, Donbasda isə rus pasportları paylayır”.Axar.az “Politnavigator.net” saytına isə xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-müdafiə naziri İqor Tenyux çıxış edib.

O artıq Donetsk və Luqanskda rus pasportlarının paylandığını deyib:

“Putin heç vaxt Odessaya qədər olacaq yoldan əl çəkməyəcək. Çünki Krımın qışda materiklə əlaqəsi olmadan yaşaması çox çətindir. Biz real olaraq dövləti və xalqı Rusiyanın genişmiqyaslı hücumuna hazırlamalıyıq. Bu o deməkdir ki, hər kəs cəbhəyə getməlidir. Allah eləsin ki, sülh bərpa olunsun, amma Putinin planlarından əl çəkəcəyini düşünmək gərək deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol