Menu

Körfəzdə gərginlik daha da arta bilər - İran XİN

04.07.2019, 21:07
Körfəzdə gərginlik daha da arta bilər - İran XİN

İrana məxsus tankerin Cəbəllütariqdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən saxlanılması körfəz ətrafında da gərginliyin artmasına səbəb ola bilər. “Report” PressTV-yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bildirib.

“Böyük Britaniyanın neft tankerini saxlamaq kimi pozucu əməlləri körfəzdə gərginliyi daha da artıra bilər”, - XİN rəsmisi bildirib.

Xatırladaq ki, Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti bu gün Panama bayrağı altında üzən “Grace 1” tankerini Suriyaya neft daşıdığı şübhəsi ilə saxlamışdı.

Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları bu ölkə ilə az qala hər cür işgüzar əlaqələri, xüsusilə də neft və neft məhsulları ticarətini məhdudlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol