Menu

Yerə meteorit düşdü - Foto

08.09.2014, 12:46
Yerə meteorit düşdü - Foto

Cismin yerə düşməsi nəticəsində 12 metr diametrində çuxur yaranıb

Nikaraquanın paytaxtı yaxınlığında meteorit düşüb.

ANS-in məlumatına görə, göy cisminin yerə düşməsi nəticəsində 12 metr diametrində çuxur yaranıb. Meteroit paytaxt aeroportu və ölkənin Hərbi Hava Qüvvələrlərinin bazası yaxınlığındakı əraziyə düşüb.

Bildirilib ki, nisbətən kiçik ölçüsü olan göy cismi Yer kürəsinin yaxınlığından keçmiş asteroiddən qopub. Yerli sakinlərin sözlərinə görə, bazar günü gecəsi onlar bu hadisəyə şahid olublar.

Ölkə hakimiyyəti həmçinin, beynəlxalq ekspertlərdən ibarət qrupun məsələni araşdırması üçün aidiyyətı orqanlardan kömək edilməsini xahiş edib.

Xatırladaq ki, 15 fevral 2013-cü il tarixində Çelyabinskdə də meteorit düşmüşdü. Hadisə nəticəsində yüzdən çox insan xəsarət almışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol