MEHDİYEV GÖMRÜK POLKOVNİKİNİ İŞDƏN QOVDU - 350 manat rüşvətə görə

Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində daha bir gömrük əməkdaşı qanunsuz əməli ifşa edilib.

DGK-dan verilən məlumata görə, Komitənin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniya Federativ Respublikasından daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

O da məlum olub ki, Namiq Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb.

Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Namiq Əsədovun əməli ifşa edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədov tutduğu vəzifədən azad edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

635x100

Şərhlər

Vətəndaşa 2019-07-06 14:12:13

Naxçıvanlılar və onlara yaxınlar vəzifə pul biznes obyektlər hamısını zəbt ediblər. Qalan millət ehtiyac içindədir. Bəs belə ədalətsizlik olarmı? Ayrı seçkilik salan da onlardır. Heç kimə imkan vermirlər ki bir işin sahibi olsun..... bütün hər sahə elədir. 1-2 klan region nümayəndələri ölkəni zəbt ediblər.

Kamil 2019-07-06 14:12:13

Görəsən 350000, ya 3 milyon olsa necə? Bu məmləkətdə 5-10 manata görə insanlara qanun tətbiq olunur cəzalandırılır. Ancaq milyardlar atana gözün üstə qaşın var deyən yoxdur.

Ehtiram 2019-07-06 14:12:13

Bu Sefer Mehdiyev ölkenin uçot sistemine en böyük daş çalanlardandır. İndi 350 milyonları yeyib 350 manat alanın axırına çıxır. Demirem ki, 350 alan düz edib, sadece özünü reklam etmesin, ayıbdır.azerbaycan xalqına dığalardan berbadını edenlar ne vaxtsa cavablarını alacaq, Allah qarşısında.

vanqa 2019-07-06 14:12:13

bəs mehdiyev özü niyə istehfa vermir hıy?

vətəndaş 2019-07-06 14:12:13

Neçəvaxtdı Naxçıvanlılar yoxuydu ölkəni necə uçurumun dibinə gətirdiyinizi görürük--əlinizdən ancaq qoyunu qucaqlayıb öpməklə saxta imic yaratmaq gəlir--birdə naxçıvan Azərbaycandı, bu ayrıçılıqı edib hara gedəcəyik

cemil 2019-07-06 14:12:13

En ....mehdiyev səfərin ozudur....peraski ucun nehremli kolxozniklerin dalina dusduyu yadindan cixib.Rza İbadov onu ise duzeldib.onu birinci satan s.m. Ozu oldu.

EJDER 2019-07-06 14:12:13

AYE BES BU ANALOQU OLMAYAN HOKUMETIN MONOPOLIYANI DESTEKLIYEN GOM. SEDRI DEYIRDI KI,GOMRUKDE RUWVET ALAN OLSA ISTEFA VEREJAYAM,HIYYY.HE ,YEQIN IRIMEBLEQLINI NEZERDE TUTUF,350 MANAT NE PULDU ,ONLAR UCUN...QIBRIT AVTOYA 2 QAT RUSUM QOYUF,HEC BIR OLKEDE BELE RUSUM YOXDUR.HA HA HA .MALADES

alı 2019-07-06 14:12:13

Gömrüyün 90 faifi Naxçıvanlıdı və bu aksiomadır, sübuta ehtiyacı yoxdur.Qalan 10 faiz də GK-də yetim yesir sayılır və başlarının milcəyin güclə qoruyur.Ayda, rübdə bir dəfə bir bəhanə quraşdırıb verdikləri maaşıda əllərindən alırlar.Bu 10 faiz binəvalar gömrüyün açıq bazar vaxtında rüşvətdə ehtiyatlı idilər.İndi nooldu bu Mehdiyev sədr olandan işişənlərin 1 nəfəri də bu 90 faiz Naxçıvanlı olmadı hıy?Yəni ay millət GK-ni Naxçıvanlaşdırmanın yeni metodudur....

Vaqif 2019-07-06 14:12:13

Naxcıvanlı olmadığı halda rüşvət alıb???? Qurd ürəyi yeməyin axırı pis olur.

Vətəndaş 2019-07-06 14:12:13

Yavaş-yavaş gömrüyün iç üzü özləri tərəfindən açılır.Orada saf məmur varmı? Naxçıvan klanının iş metodu rüşvət,korrupsiya,talançılıq olduğu özləri tərəfindən təsdiqlənir.....

Patriot 2019-07-06 14:12:13

Sefer Mehdiyev özü MANAPOLİSTİN BÖYÜYÜ OLBDUR! İndi ne oldu aydan nurlu, sudan duru))) Neçəki Səfər kimilər və naxçıvanlaşma var gömrükdə kasıb və adamsız camaatın yalandan torbasını tikməklə məşğul olacaqlar! SƏFƏR MEHDİYƏVƏ İSTEFAAA!!!!

Son yazılar