Menu

22 yaşlı qadın intihar edib

06.07.2019, 18:27
22 yaşlı qadın intihar edib

Salyanda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Salyan şəhər X.R.Ulutürk prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Bəşirova Vəfa Ramazan qızı yaşadığı mənzildə özünü asaraq intihar edib.

Hələlik intiharın səbəbləri məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol