Menu

Respublika stadionunun yeni ot örtüyü 400 min avroya başa gələcək

08.09.2014, 13:30
Respublika stadionunun yeni ot örtüyü 400 min avroya başa gələcək

Tofiq Bəhramov adına Respublika stadionuna döşənəcək hazır ot örtüyünün qiyməti müəyyənləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, mərkəzi arenadakı örtüyün dəyişdirilməsi 400 min avroya başa gələcək.

«Xalı» Hollandiyadan xüsusi soyuducuya yerləşdirilərək, Bakıya gətiriləcək. Ot örtüyünün dəyişdirilmə prosesi sentyabrın 18-dək yekunlaşacaq. Həmin gün «Qarabağ» Avropa Liqasının qrup mərhələsinin ilk turunda Fransanın «Sent Etyen»ini mərkəzi arenada qəbul edəcək. Matç saat 21:00-da başlanacaq.

Respublika stadionunun hazırkı ot örtüyü yayda havaların isti keçməsi ilə əlaqədar yararsız vəziyyətə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol