Menu

Argentina Amerika kubokunda üçüncü olub

07.07.2019, 01:41
Argentina Amerika kubokunda üçüncü olub

Braziliyada keçirilən Amerika Kubokunda üçüncü yer uğrunda matçda Argentina və Çili milliləri qarşılaşıb.

"Report" xəbər verir ki, San-Paulonun "Korintians" stadionunda baş tutan matçda Argentinanın rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qollar: Aquero, 12 (1:0), Dibala, 22 (2:0), Vidal, 59-pen (2:1)

Qırmızı vərəqələr: Messi, 37 (Argentina), Medel, 37 (Çili)

7 iyulda keçiriləcək Amerika Kuboku matçında Braziliya milli komandası və Peru komandası qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol