Menu

Əfqanıstanda partlayış zamanı 12 nəfər həlak olub

07.07.2019, 10:11
Əfqanıstanda partlayış zamanı 12 nəfər həlak olub

Əfqanıstanda partlayış törədilib.

Bu barədə “Report” “Pajvak” agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb.

Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir.

“Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisinə hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol