Menu

İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib

08.07.2019, 00:24
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Molukka dənizi sahillərində 6,8 bal gücündə zəlzələ baş verib."Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Ternate şəhərindən 132 km. qərbdə qeydə alınıb. Ocaq yerin 80 km. dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol