Menu

Bakıda "BakuBus" MMC-nin avtobusu ilə yük maşını toqquşub, xəsarət alanlar var

08.07.2019, 01:15
Bakıda "BakuBus" MMC-nin avtobusu ilə yük maşını toqquşub, xəsarət alanlar var

Gecə saatlarında Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, "Ford" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol