Menu

"İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir" - Nazir

08.07.2019, 12:05
"İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir" - Nazir

"Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: "Bizim müşahidələr göstərir ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti orada fəaliyyətini dayandırıb. Lakin bununla belə, bu məsələ bizim diqqətimizdədir".

Şərhlər

x 2019-07-08 12:05:30

BES DEYIRLER MEMMEDYAROV ISLEMIR HER OGULUN ISI DEYIL PEYKLE NEZARET EDE

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol