Menu

Bu içkilərə qadağa qoyulacaq

08.07.2019, 16:28
Bu içkilərə qadağa qoyulacaq

"Artıq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycanda enerji içkiləri üzrə normativ hüquqi akt hazırlanıb. Bu aktı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına vermişik. Akt təsdiqini tapdıqdan sonra qüvvəyə minəcək".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədrinin sözlərinə görə, bəzən düşünürlər ki, Agentlik Azərbaycanda enerji içkilərinin tətbiqinə qadağa qoyur: “Bu, əsla belə deyil. Qida Təhlükəsizliyi Agentliyi sadəcə enerji içkiləri üzrə tənzimləmə funksiyasını həyata keçirir. Bizim qəbul elədiyimiz normativ hüquqi akta əsasən artıq bilinir ki, hansı tərkibli maddələr əlavə olunarsa, bu məhsul enerji içkisi sayılacaq, hansı halda isə enerji içkisi sayılmayacaq. Həmin hüquqi aktda da bunları qeyd etmişik. Əgər o maddələrdən iki və daha artığı məhsulun tərkibində öz əksini tapmış olarsa, bu, onun enerji içkisi olduğunu sübut edəcək. Eyni zamanda tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq".

Şərhlər

dadaşyev 2019-07-08 16:28:08

Ay millət,enerji içkilərini nəinki içməyin,əlinizi belə sürtməyin onlara.O,içki deyil,rak xəstəlikləri qutusudur.Vallah doğru deyirəm.Bilsəniz o içkilərin üzündən təkcə Azərbaycanda nə qədər adam xərçəng xəstəliyinə tutulub məhv olub,adını belə çəkməzsiniz.Yumurtanın da ancaq həyət yumurtası olanını yeyin.10 dənə yox,bir dənə yeyin,amma həyət yumurtası yeyin.Yazıqsınız deyə deyirəm,çünki xəstələnsəniz icbari sığortanız bu il də,gələn il də olmayacaq deyə evinizi satıb həkimlərə versəniz də xeyri olmayacaq.

dadaşyev 2019-07-08 16:28:08

davamı;Toyda da pendir-çörək,göyərti və o gün üçün kəsilmiş heyvan ətindən yeyin,başqa hee bir şeyi dodaqlarınıza yaxınlaşdırmayın ki,sağlam olasınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol